Azərbaycanın neft sektorunda geriləmə 6%-ə çatıb

Azərbaycanın neft sektorunda geriləmə 6%-ə çatıb
# 15 noyabr 2012 13:54 (UTC +04:00)

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, qeyri-neft sektorunda 6,8% artım, neft sektorunda 5,9% azalma müşahidə olunub.

İstehsalın 76,1%-ii mədənçıxarma, 18,6%-i emal, 4,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib.

Cari ilin 10 ayı ərzində neft hasilatı 36,0 mln. ton, əmtəəlik təbii qaz hasilatı isə 14,4 mlrd. kubmetr təşkil edib, qeyri-neft bölməsinin məhsullarından qida, içki, toxuculuq, geyim, kağız və karton, poliqrafiya, rezin və plastmas məhsulları, dəri və dəri məmulatları, ayaqqabılar, tikinti materialları, metallurgiya, hazır metal məmulatları, elektrik avadanlıqları, mebel, elektrik enerjisi və s. məhsulların istehsalında daha çox artım əldə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR