Yaxın illərdə Azərbaycanın İKT sektorunda orta hesabla 10-11% artım gözlənilir

Yaxın illərdə Azərbaycanın İKT sektorunda orta hesabla 10-11% artım gözlənilir
# 14 noyabr 2012 14:42 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Gələn il Azərbaycanda informasiya və rabitə sektorunda 10,9%, növbəti 3 ildə isə orta illik 10,1% artım gözlənilir. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.


Nazirin sözlərinə görə, ortamüddətli dövrdə informasiya və rabitə sektorunun dinamik artımı davam edəcək: «Belə ki, 2013-cü ildə bu sahədə 10,9%, növbəti 3 ildə orta illik 10,1% artım gözlənilir. İKT sahəsində yeni xidmətlərin genişlənməsi ilə yanaşı, Azərbaycanın ilk peykinin orbitə çıxarılması bu sahənin inkişaf etdirilməsinə geniş imkanlar yaradacaq».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR