Əbülfəs Qarayev: “İstəmirəm ki, mədəniyyət işçilərinin adı hansısa cinayətdə hallansın”

Əbülfəs Qarayev: “İstəmirəm ki, mədəniyyət işçilərinin adı hansısa cinayətdə hallansın”
# 27 dekabr 2012 10:08 (UTC +04:00)

APA-nın məlumatına görə, Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin kollegiya iclasında çıxışında problemlər barədə danışıb və mədəniyyət işçilərinin adının cinayətlərdə hallanmasından təəssüfləndiyini deyib: “Bizim problemimiz bəzi işçilərin köhnə təfəkkürlü olmasındadır. Məni çox narahat edir, bizim regionlardakı rəhbərliklər məni o səviyyəyə çatdırır ki, istintaq orqanları ilə işləməyə məcbur oluram. Mən ilk gündən bu vəzifəyə gələndə demişəm, mədəniyyət və incəsənət sahəsində işləyən bütün insanlar bu cəmiyyətin qaymaqları olmalıdırlar. Rayonlarda mədəniyyət və turizm şöbəsinin, kitabxanaların, muzeylərin müdirləri cəmiyyətdə sayılan və hörmət edilən insanlar olmalıdır. Ancaq mən məlumatlar alıram ki, hardasa pul oğurlayıblar, hardasa stol “siliblər” və bu cür hərəkətlər ediblər. İki rayonla bağlı məsələni Respublika Prokurorluğu səviyyəsində müzakirə etməyə məcburam. Çünki mən istəmirəm ki, mədəniyyət sözü hansısa cinayətin gedişində, onunla bir arada hallansın. Deməliyəm ki, Şəki rayonunun mədəniyyət və turizm şöbəsinin keçmiş rəhbəri və onun tövsiyələri ilə hərəkət edən bir neçə işçimizlə, Qazax rayonunda isə səhlənkarlıq edən şəxslərlə bağlı elə vəziyyət yarandı ki, sənədlər prokurorluğa göndərildi. Mən belə işçiləri müdafiə etmək niyyətində deyiləm. Əgər onlar bizim ailənin qanunlarına uyğun hərəkət etmirlərsə, mən onları müdafiə etməyəcəyəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR