CEIBC üzvləri ARDNŞ-in vitse-prezidenti ilə görüşüb

CEIBC üzvləri ARDNŞ-in vitse-prezidenti ilə görüşüb
# 26 noyabr 2012 15:30 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakıda Xəzər Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) I vitse-prezidenti Xoşbəxt Yusifzadə ilə görüşüb.

«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən X.Yusifzadə ölkənin neft və qaz hasilatı tarixindən danışıb və qeyd edib ki, əgər 1997-ci ildə Azərbaycanda cəmi 9 mln. ton neft və 5,5 mlrd. kubmetr qaz hasil olunurdusa, 2010-cu ildə bu göstəricilər rekord həddə çataraq, müvafiq olaraq 50 mln. ton və 26 mlrd. kubmetr təşkil edib: «Ümumiyyətlə, indiyədək Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» (AÇG) yataqlar blokundan 287 mln. ton neft hasil olunub ki, bunun da 144 mln. tonu Azərbaycanın mənfəət nefti olub».

Xəzərlzrb «Şahdəniz» qaz yatağının işlənməsindən danışan ARDNŞ rəsmisi həmçinin bildirib ki, bu yatağın açılması Azərbaycanı qaz ixracatçısı ölkəsinə çevirib: «Bu yatağın qaz ehtiyatları 1,2 trln., kondensat isə 240 mln. ton həcmində qiymətləndirilir».

Bununla yanaşı, X.Yusifzadə yeni açılmış «Ümid» yatağından danışıb və qeyd edib ki, yatağın qaz ehtiyatları 200 mlrd. kubmetr, kondensat ehtiyatları isə 40 mln. ton təşkil edir: «Hazırda bu yatauda ikinci quyunun qazıntısına başlanılıb».

Bundan başqa, X.Yusifzadə «Abşeron» yatağından və burada görülən işlər barədə, həmxinin «Asiman», «Məşəl», «Zəfər», «Naxçıvan» və s. perspektiv strukturlardan məlumat verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR