Moldovada Azərbaycan Mədəniyyəti Günləri başa çatıb

Moldovada Azərbaycan Mədəniyyəti Günləri başa çatıb
# 16 noyabr 2012 09:02 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı-APA. Moldovada keçirilən Azərbaycan Mədəniyyəti Günləri başa çatıb. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətovun APA-ya verdiyi məlumata görə, Mədəniyyət Günləri çərçivəsində Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi "Müsyö Jordan və Dərviş Məstəli şah" tamaşası ilə Beltsı şəhərinin tamaşaçıları qarşısında çıxış ediblər. Tədbirin əvvəlində çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi bildirib ki, Azərbaycanda caz musiqisinin tarixi, inkişaf yolları, musiqinin bu növünə marağı daha da artırıb və bu sahədə istedadlı ifaçılar nəsli yetişib. 1000 nəfərə yaxın tamaşaçısı olan səhnədə sənətçilərimizin əsil peşəkar ifası tamaşaçıların böyük marağına, gurultulu alqışlara səbəb olub. Müvəffəqiyyətlə yekunlaşan konsertdə Moldovanın mədəniyyət naziri Boris Fokşa, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev, Moldova Azərbaycanlıları Konqresinin Prezidenti Vüqar Novruzov, Türkiyə, Ukrayna, Belarus və Yaponiyanın Moldovadakı səfirləri iştirak ediblər. Moldovada Azərbaycan Mədəniyyət Günlərinə paytaxt Kişinyovdakı “Odeon” Mədəniyyət Mərkəzində “Vəkil hanı?” bədii filminin nümayişi ilə yekun vurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR