“ExpressPay” terminallarına “Azərsu” üzrə ödəmələr əlavə olunub

“ExpressPay” terminallarına “Azərsu” üzrə ödəmələr əlavə olunub
# 18 sentyabr 2014 08:24 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “ExpressPay” ödəniş terminallarına “Azərsu” kommunal xidmət təchizatçısının abonent kodları üzrə ödəmələri əlavə olunub.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, müştərilər istifadə etdikləri su üçün olan ödənişləri terminallar vasitəsilə asanlıqla həyata keçirə bilərlər. Yaxın gələcəkdə terminallarda Smart Kart üzrə Azərsu ödənişləri də həyata keçirmək mümkün olacaq.

Hazırda ödəniş terminallarında “Expressbank”a aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), “Bakcell” və “Nar Mobile” mobil operatoru, “AzərEnerji” kommunal xidmət təchizatçısının hesab-bildiriş üzrə ödəmələri, KATV1 və SNTV (Sumqayıt) rəqəmsal yayımlı kabel televiziyası və İnternet provayderi, Data plus və Qlobal Networks İnternet provayderləri üzrə ödənişləri, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər də mövcuddur.

2014-cü ili may ayından etibarən fəaliyyət göstərən terminallara yaxın aylarda bir sıra yeni ödəniş vasitələri və şirkətlər əlavə olunacaq. Bu sırada digər kommunal ödənişlər, mobil operatorlar, kabel televiziyaları, İnternet provayderlər və sair nəzərdə tutulur.

“Expressbank”ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat və “ExpressPay” ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR