Gəncədə diş texniki qətlə yetirilib

Gəncədə diş texniki qətlə yetirilib
# 16 sentyabr 2014 18:43 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə iki nəfərin mübahisəsi bir nəfərin ölümü ilə nəticələnib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, şəhərin Kəpəz rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Şəmkir rayonu, Çinarlı kənd sakini, 1996-cı il təvəllüdlü Ayxan İbrahimli mübahisə zəminində Şəki rayon Cəfərabad kənd sakini, 1988-ci il təvəllüdlü Vasif Səmədovu bıçaqlayıb.

Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb. Qətli törədən A. İbrahimli polis tərəfindən saxlanılıb. Məlumata görə, Vasif Səmədov qardaşı ilə Gəncədə diş texniki fəaliyyəti ilə məşğul olurmuş. Yaxınlarının verdiyi məlumata görə, Ayxan İbrahimli onların yanında texnikliyi öyrənirmiş. Hadisənin paltar üstündə yaranan mübahisə səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR