Milli Məclisdə Rusiya Dövlət Dumasının nümayəndə heyəti ilə görüş olub

Milli Məclisdə Rusiya Dövlət Dumasının nümayəndə heyəti ilə görüş olub
# 06 iyul 2012 15:31 (UTC +04:00)
Bakı - APA. Azərbaycan Milli Məclisində Rusiya Federasiyası Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. APA-nın məlumatına görə, görüşdə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri iştirak ediblər.

Ölkələr arasında ikitərəfli əlaqələrin inkişafında parlamentlərin mühüm rol oynadığını deyən Z. Əsgərov bildirib ki, hər iki ölkənin parlamentində yaradılmış işçi qrupları bu əlaqələrin genişlənməsinə böyük töhfə verir. O, Dağlıq Qarabağ münaqişəsi barədə danışaraq bəyan edib ki, münaqişə regionun inkişafına maneə yaradır. Z. Əsgərov ATƏT-in Minsk Qrupunun fəaliyyətinin nəticəsizliyi fonunda Rusiyanın vasitəçilik səylərini yüksək qiymətləndirib.

L. Slutski isə öz növbəsində Rusiyanın Azərbaycanla əlaqələrə böyük önəm verdiyini vurğulayıb.

Görüşdə Azərbaycan və Rusiyanın qanunverici orqanları arasında əməkdaşlığın perspektivləri də müzakirə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR