Gənc istedad Nurlan Əhmədov Rusiyada Beynəlxalq Festivalda Emin Ağalarovla birgə səhnəyə çıxacaq

Gənc istedad Nurlan Əhmədov Rusiyada Beynəlxalq Festivalda Emin Ağalarovla birgə səhnəyə çıxacaq
# 16 oktyabr 2012 13:45 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. Bu gün, oktyabrın 16-da Rusiyanın paytaxtı Moskva şəhərində “Belaya trost” III Beynəlxalq Xeyriyyə Festivalı keçiriləcək. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə gözdən əlil uşaqlar üçün 38 saylı 11 illik Musiqi Məktəbinin şagirdi Nurlan Əhmədov bu festivalda çıxış edəcək. İdarənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Po zovu serdsa” Diana Qurtskayanın zəif və ya tamamilə görməyən uşaqlara yardım fondunun təşkilatçılığı ilə keçirilən festivalın əsas şərtlərindən biri dünya şöhrətli estrada ifaçısı ilə gözdən əlil iştirakçının birgə duet oxumasıdır.

Azərbaycanı təmsil edən Nurlan Əhmədovun ən böyük arzusu artıq reallaşmaq üzrədir. Belə ki, o, dünya şöhrətli həmyerlimiz Emin Ağalarovla birgə səhnəyə çıxaraq, duet ifa edəcək.

Qeyd edək ki, bir çox dünya estrada ulduzlarının qatıldığı bu festıval xeyriyyəçilik məqsədi daşıyır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR