Donma nəticəsində Azov dənizində qalmış gəmilərdəki 12 azərbaycanlının vəziyyəti normaldır

Donma nəticəsində Azov dənizində qalmış gəmilərdəki 12 azərbaycanlının vəziyyəti normaldır
# 13 fevral 2012 12:40 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ARDDA) mətbuat xidmətinin rəhbəri Ərsalan Əliyev məlumat verib.

Ə. Əliyevin sözlərinə görə, iki gəmidə ümumilikdə 12 azərbaycanlı dənizçi var. Onlar müqavilə əsasında xarici ölkələrin bayrağı altında üzən gəmilərdə işləyirlər.

«Dənizçilərin düşdüyü çətin vəziyyətlə əlaqədar Azərbaycanın Uzaq Məsafədən Tanıma və İzləmə Milli Mərkəzi müvafiq qurumlarla əlaqə saxlayıb. Gəmilərə lazımi köməklik göstərilib. Hazırda dənizçilərin vəziyyəti normaldır, onlar nəzarət altındadırlar», - deyə ARDDA rəsmisi vurğulayıb.

Qeyd edək ki, “Elqa-1”, “Azovskiy konsept”, “Orenburq”, “Müqəddəs Nikolas”, “Azovskiy veter”, “Prastos” adlı gəmilər dənizin donması nəticəsində çətin vəziyyətə düşüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR