Azərbaycanda AZIPS sistemi üzrə ödənişlərin həcmi artıb

Azərbaycanda AZIPS sistemi üzrə ödənişlərin həcmi artıb
# 02 iyul 2012 12:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının Banklararası Milli Hesablaşmalar Sistemi (AZIPS) ilə həyata keçirdiyi ödənişlərin həcmi 2012-ci il aprel ayında 8,739 mlrd. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, mart ayı ilə müqayisədə bu göstərici 361 mln. manat və ya 4,3%, 2011-ci ilin aprel ayına nisbətən isə 2 241 mln. manat və ya 34,5% artıb.

Aprel ayı ərzində ödənişlərin sayı 7 min və ya 20,6% artaraq 41 minə bərabər olub. Eyni zamanda 2011-ci ilin aprel ayı ilə müqayisədə ödənişlərin sayında artım 28,1%-ə bərabər olub.

Aprel ayında bir ödənişin ortalama həcmi 213,1 min manata bərabər olub ki, bu da əvvəlki aya nisbətən 13,5% az, ötən ilin aprel ayına nisbətən isə 4,9% çoxdur.

Beləliklə, mart ayı ilə müqayisədə ödənişlərin sayı və həcmində baş verən artım fonunda ödənişlərin xırdalanması müşahidə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR