"Milli təhsilimizin gələcəyi: əsas hədəflər və vəzifələr" adlı dəyirmi masa keçirilib - FOTOSESSİYA

"Milli təhsilimizin gələcəyi: əsas hədəflər və vəzifələr" adlı dəyirmi masa keçirilib - <font color=red>FOTOSESSİYA</font>
# 16 fevral 2012 12:24 (UTC +04:00)
Bakı. Pərvin Abbasov – APA. Bakıda Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması ilə əlaqədar "Milli təhsilimizin gələcəyi: əsas hədəflər və vəzifələr" adlı dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə təhsil naziri Misir Mərdanov, Milli Məclisin sədr müavini Bahar Muradova, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov, universitet rektorları, elm xadimləri, siyasətçilər iştirak edib.

YAP sədrinin müavini Əli Əhmədov prezident İlham Əliyev tərəfindən imzalanmış “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının hazırlanması barədə sərəncamın əhəmiyyətini vurğulayıb, həmin sənəddə milli təhsilin gələcəyi ilə bağlı zəruri məqamların olduğunu söyləyib.

Təhsil naziri Misir Mərdanov mövzu ətrafında geniş məruzə ilə çıxış edib.

Milli Məclisin sədr müavini Bahar Muradova deyib ki, bundan sonra da Azərbaycanın əsas prioritet istiqamətlərindən biri təhsil sahəsi olacaq.

Sonra tədbir iştirakçıları, o cümlədən Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov mövzu ətrafında fikirlərini bildirib, təkliflərini açıqlayıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR