Azərbaycan Dövlət Neft Fondu açıqlama yayıb

Azərbaycan Dövlət Neft Fondu açıqlama yayıb
# 25 iyul 2012 15:07 (UTC +04:00)
Fonddan “APA-Economics”ə daxil olan açıqlamada bu məlumatların qətiyyən həqiqətə uyğun olmadığı bildirilib: «Azərbaycan Dövlət Neft Fondunun daşınmaz əmlaka investisiyalarına, o cümlədən digər məsələlərə dair son günlər bir neçə kütləvi informasiya vasitələrində dərc edilən neqativ məlumatların hamısı həqiqətdən kənar, yalan və cəfəngiyatdır».

ARDNF bildirir ki, bütün bu cür informasiyalar Fondun şəffaf fəaliyyətinə və nüfuzuna kölgə salmaq istəyən, bu sahədə bilik və təcrübəsi olmayan şəxslər tərəfindən məqsədli şəkildə yayılmış şər və böhtandan ibarət məlumatlardır: «ARDNF Fond barədə bu cür qərəzli və yanlış informasiyaların yayılmasından yalnız təəssüf edir, ictimaiyyətdə Fond barədə yanlış fikir formalaşdırılmasına yönəldilən bu cür dezinformasiyalardan istifadə edilməsini qəti şəkildə pisləyir».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR