Slovakiyada tikilməkdə olan körpü uçub, 4 nəfər həlak olub

Slovakiyada tikilməkdə olan körpü uçub, 4 nəfər həlak olub
# 03 noyabr 2012 00:56 (UTC +04:00)
Bakı-APA. Slovakiyada tikilməkdə olan körpü uçub. Nəticədə 4 nəfər həlak olub, 11 fəhlə isə yaralanıb. Bu barədə APA Slovakiyanın SITA agentliyinə istinadən məlumat verir.

Körpü Levoça şəhəri yaxınlığındakı Kurinama yaşayıq məntəqəsi rayonunda uçub. Hadisə körpünün betonlaşdırılması zamanı baş verib. Körpü 20 metr hündürlükdən uçub. İki nəfər hadisə yerində, iki nəfər isə xəstəxanada keçinib. Xəstəxanaya daha 11 nəfər yaralı çatdırılıb. Onlardan üçünün vəziyyəti ağırdır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR