Azərbaycanda qeydiyyata alınan vergi ödəyicilərinin sayı 15% artıb

Azərbaycanda qeydiyyata alınan vergi ödəyicilərinin sayı 15% artıb
# 12 noyabr 2014 12:54 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 68 798 vergi ödəyicisi qeydiyyata alınıb.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 15% çoxdur.

Bu ilin noyabrın 1-nə qeydiyyatda olan vergi ödəyicilərinin ümumi sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9% artaraq 597 799-a çatıb.

Bu ilin yanvar-oktyabr ayları ərzində ölkə üzrə elektron formada göndərilmiş bəyannamələrin xüsusi çəkisi 90,4% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR