Azərbaycanda dövlət qurumundan seyf oğurlanıb

Azərbaycanda dövlət qurumundan seyf oğurlanıb
# 15 oktyabr 2012 10:45 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Azərbaycanda dövlət qurumundan seyf oğurlanıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə Şamaxı rayonunda qeydə alınıb.

Şamaxı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 9-da Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsinin inzibati binasından içərisində sənədlər olan seyfi oğurlayan Bakı şəhər sakini Fərzəli Ələsov və Abşeron rayon sakini Əlşah Salmanov tutulublar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR