Nazirlik daş karxanalarında reyd keçirib - FOTOSESSİYA

Nazirlik daş karxanalarında reyd keçirib - <span style="color: red;">FOTOSESSİYA
# 12 sentyabr 2014 11:49 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən Bakının Qaradağ rayonu ərazisində fəaliyyət göstərən, "Viləş" firmasına və fiziki şəxs Hətəmov Rauf Dadaş oğluna məxsus mişar daşlarının istehsalı sahələrində (daş karxanalarında) əmək qanunvericiliyinə əməl olunması vəziyyətini yerindəcə araşdırılıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, dövlət nəzarətinin həyata keçirilməsində Sənaye və İqtisadiyyat Nazirliyinin, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşları da iştirak ediblər.

Araşdırma zamanı həmin daş karxanalarında işçilərin əmək münasibətləri rəsmiləşdirilmədən qeyri-leqal əmək fəaliyyətinə cəlb olunduğu aydın olub. Eyni zamanda mişar daşı istehsal edən avadanlıq və qurğuların işçilərin həyat və sağlamlığı üçün olduqca təhlükəli şəraitdə fəaliyyət göstərdiyi, işçilərin əməyin mühafizəsi üzrə norma və qaydalarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələri, xüsusi geyimlərlə təmin olunmadığı aşkar edilib.

Qeyd olunan hüquq pozuntularına görə Əmək Məcəlləsinin 229-cu maddəsinə uyğun olaraq, daş karxanalarında mişar daşı istehsal edən avadanlıqların fəaliyyəti aşkar edilmiş nöqsanlar aradan qaldırılan vaxtadək dayandırılıb. Bununla yanaşı, işçilərin qanunsuz işə cəlb edilməsi və əməyin mühafizəsi norma və qaydalarının pozulması barədə DƏMX tərəfindən protokol tərtib edilib və müvafiq göstərişlər verilib.

Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən, müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehlik daşıyır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR