Müsavat Partiyası: Demokratik Qüvvələrin Məşvərət Məclisinə daxil olan partiyalarla birgə mübarizə aparmağımız real görünmür

Müsavat Partiyası: Demokratik Qüvvələrin Məşvərət Məclisinə daxil olan partiyalarla birgə mübarizə aparmağımız real görünmür
# 28 avqust 2012 09:48 (UTC +04:00)
Bu səbəbdən Müsavat Partiyası və Demokratik Qüvvələrin Məşvərət Məclisinə daxil olan partiyaların birgə mübarizə aparması real görünmür”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu deyib.

Onun sözlərinə görə, Müsavat Partiyası və AXCP İctimai Palatanı mübarizənin ən optimal formatı hesab edir, ona görə də Demokratik Qüvvələrin Məşvərət Məclisində iştirak etmək niyyətləri yoxdur: “Biz Azərbaycanda demokratik seçki mühitinin yaradılması və mövcud siyasi rejimi dəyişdirmək uğrunda mübarizə aparırıq. Ona görə də lazım olan ən optimal formatı müəyyənləşdirmişik – bu, İctimai Palatadır. İctimai Palata hazırda Azərbaycanda əsas müxalifətin toplaşdığı yeganə məkandır. Təkcə Müsavat Partiyası və AXCP-nin burda olması hər şeyi həll edir. Digər partiyalarla ümumi şüar altında, yaxud fərqli formatda toplanmaq bizi hədəfdən yayındıra, əlavə problemlər yarada bilər. Biz düşünürük ki, əsas müxalifət bəlli hədəflər uğrunda bir arada çox effektiv mübarizə aparırsa, bunun formatını müəyyənləşdirib yenidən parçalanmağa ehtiyac yoxdur. Digər siyasi partiyalar qarşıya qoyulan hədəflər uğrunda mübarizənin yeni formasını fikirləşirsə, biz onlara uğurlar arzu edə bilərik”.

T. Yaqublu bildirib ki, effektiv, real nəticə doğura biləcək mübarizəni bu gün Müsavat və AXCP-nin birgə fəaliyyət göstərdiyi İctimai Palatadan kənarda təsəvvür etmirlər: “Ona görə də biz onlara işlərində uğurlar arzulayaraq, yolumuza davam edəcəyik”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR