Azərbaycan Asiya Təmiz Enerji Forumunda iştirak edir

Azərbaycan Asiya Təmiz Enerji Forumunda iştirak edir
# 07 iyun 2012 12:26 (UTC +04:00)
Bakı – APA-Economics. Filippinin Manila şəhərində Asiya İnkişaf Bankının təşkilatçılığı ilə Asiya Təmiz Enerji Forumu keçirilir.
APA-Economics”in xəbərinə görə, iyunun 4-də başlayan və 8-dək davam edəcək tədbirdə Azərbaycanı İqtisadi İnkişaf Nazirliyi adından “Təmiz Şəhər” ASC, Maliyyə Nazirliyi, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və “Azərenerji” ASC-nin nümayəndələri təmsil edir.
Forumda beynəlxalq maliyyə institutları, bərpa olunan enerji üzrə aparıcı əməliyyat və məsləhətçi şirkətlər və digər təşkilatlar iştirak edir. Asiya ölkələri ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən nümayəndələrin iştirak etdiyi tədbirə ümumilikdə 55 ölkədən 380-dən çox iştirakçı və 1000-dən çox dinləyici qatılıb.
Bu gün tədbirdə “Təmiz Şəhər” ASC-nin Layihələrin İdarəedilməsi və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Oqtay Məmmədov təqdimatla çıxış edib və hazırda tikintisi başa çatmaqda olan Bərk Məişət Tullantılarının Yandırılması Zavodu haqqında tədbir iştirakçılarına məlumat verib. Qeyd olunub ki, zavod 500 min ton məişət tullantısını zərərsizləşdirməklə yanaşı, alternativ enerji kimi 231 milyon kvt/s enerji istehsal edəcək ki, bu da 50 ailənin enerjiyə olan ehtiyacını təmin edəcək. Oqtay Məmmədov çıxışında zavodda istifadə olunan innovativ və müasir texnologiyalar, ətraf mühitin mühafizəsi üçün istifadə olunan çox pilləli filtr sistemi barədə də söz açıb. Təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb və panel müzakirələri zamanı çoxsaylı suallar cavablandırılıb. Bir sıra tədbir iştirakçıları zavodun fəaliyyəti ilə əyani şəkildə tanış olmaq istədiklərini və bu təcrübənin Asiya ölkələri tərəfindən öyrənilməli olduğunu bildiriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR