Azərbaycanda əhalinin adambaşına gəlirləri 12% artıb

Azərbaycanda əhalinin adambaşına gəlirləri 12% artıb
# 14 mart 2012 07:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda əhalinin hər nəfərinə düşən gəlirləri 2011-ci ilin eyni dövrü ilə müqayisədə 12% artaraq 497,9 manat və ya orta hesabla ayda 249 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, adambaşına gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 8,3 faiz bəndi üstələyib: «Bu dövr ərzində ölkə əhalisi tərəfindən əldə edilmiş 4,5 mlrd. manatlıq gəlirin 70,6%-i son istehlak xərclərinə, 9,8%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 17,3%-i isə yığıma yönəldilib. Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 4,1 mlrd. manat həcmində və ya əvvəlki ildəkindən 13,4% çox vəsait qalıb».
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR