Bakıda kompüter oyunları üzrə VI Dünya çempionatının açılış mərasimi keçirilib - FOTOSESSİYA

Bakıda kompüter oyunları üzrə VI Dünya çempionatının açılış mərasimi keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 14 noyabr 2014 09:16 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. "Baku Kristal Holl"da Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və maliyyə dəstəyilə kompyuter oyunları üzrə VI dünya çempionatının açılış mərasimi keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 33 ölkədən 250-dən artıq iştirakçının qatıldığı tədbirdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, rabitə və yüksək texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, Beynəlxalq elektron-idman federasiyasının prezidenti Byung Hun Jun və digər rəsmilər iştirak edib.

Qeyd edək ki, tədbir Azərbaycan prezidenti İlham Əliyevin 2 sentyabr 2014-cü il tarixli sərəncamına müvafiq olaraq keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR