Senator Con Makkeyn: İsrail İranla bağlı özü qərar verməlidir

Senator Con Makkeyn: İsrail İranla bağlı özü qərar verməlidir
# 22 fevral 2012 22:30 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “ABŞ və İsrail arasında İranla bağlı fikir ayrılığı var”. APA-nın məlumatına görə, bunu amerikalı senator Con Makkeyn bildirib. Onun sözlərinə görə, hazırda iki ölkə arasında İranla necə rəftar ediləcəyi barədə gərginlik mövcuddur: “Ancaq ABŞ və İsrail müttəfiq ölkələrdir. Ona görə də belə anlaşılmazlıqlar ortaya çıxmamalıdır”. C. Makkeyn deyib ki, İsrail İranın bu ölkənin təhlükəsizliyinə xələl gətirəcək təhdidləri barədə özü qərar verməlidir: “Rəsmi Təl-Əviv beynəlxalq təzyiqlər olmadan Tehrana veriləcək cavabın üsulunu və şiddətini təyin etməlidir. Əgər mən bir İsrail vətəndaşı olsaydım, dövlətimin mövcud vəziyyətlə bağlı qiymətləndirmələrini digər dövlətlərin analiz və qiymətləndirmələrindən daha çox qəbul edərdim”.
Amerikalı senator vurğulayıb ki, İranın nüvə proqramını davam etdirməsi dünya və region üçün olduqca ciddi təhdiddir və münaqişə ilə nəticələnə bilər: “Bu davranışı ağıllı bir hərəkət kimi xarakterizə etmək çox çətindir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR