“Amerikanın səsi”nin erməni xidmətinin saytından Dağlıq Qarabağ haqqında qərəzli video reportaj yığışdırılıb

“Amerikanın səsi”nin erməni xidmətinin saytından Dağlıq Qarabağ haqqında qərəzli video reportaj yığışdırılıb
# 30 oktyabr 2014 08:22 (UTC +04:00)

Bakı – APA. “Amerikanın səsi”nin erməni xidmətinin saytından Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionu haqqında qərəzli video reportaj yığışdırılıb.

APA-nın AzərTAc-a istinadən verdiyi məlumata görə, bununla əlaqədar saytda açıqlama yerləşdirilib.

“2014-cü il oktyabrın 18-də “Amerikanın səsi”nin erməni xidməti özünün saytında “Amerikanın səsi”nin jurnalist standartları balansını və obyektiv baxışı pozaraq Dağlıq Qarabağ barədə 10 dəqiqəlik video reportaj yerləşdirib. Biz standartlarımızın pozulmasına görə təəssüf hissi keçiririk və əmin edirik ki, “Amerikanın səsi”nin erməni xidməti etibarlı xəbər mənbəyi kimi çalışacaq”, - deyə açıqlamada bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR