“Eurovision”la əlaqədar İçərişəhər və Qala qoruqlarında mədəni-kütləvi tədbirlər təşkil ediləcək

“Eurovision”la əlaqədar İçərişəhər və Qala qoruqlarında mədəni-kütləvi tədbirlər təşkil ediləcək
# 18 aprel 2012 07:29 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Eurovision” mahnı müsabiqəsinə gələcək xarici turistlərin və paytaxtın qonaqlarının İçərişəhər və Qala qoruqlarına gəlişini stimullaşdırmaq, onları yüksək səviyyədə qarşılamaq üçün ciddi hazırlıq görür. Qoruq idarəsindən APA-ya verilən məlumata görə, hazırda İçərişəhər və Qala qoruqlarında mövcud olan turist infrastrukturu mükəmməlləşdirilir, qonaqlara xidmət göstərilməsi üçün ictimai iaşə obyektlərinin sayının artırılması, mövcud olan məkanların genişləndirilməsi və xidmət səviyyəsinin artırılması üzərində iş aparılır.

Müsabiqə ərəfəsində insanların vaxtlarını xoş və səmərəli keçirmələri üçün İçərişəhər və Qala qoruqlarında mədəni-kütləvi tədbirlər təşkil olunacaq, bölgələrdən cəlb olunacaq sənətkarlar öz əl işlərini nümayiş etdirəcək və müxtəlif sənətkarlıq məhsullarının hazırlanma prosesi ilə qonaqları tanış edəcəklər. Mədəniyyət və tariximizin tandılması üçün xarici dillərdə olan çap məhsulları - broşurlar, açıqçalar, kitabçalar qonaqlara təqdim olunacaq. Eyni zamanda hər iki qoruğun ərazisindəki muzeylər may ayı ərzində saat 09:00-dan 21:00-a qədər fəaliyyət göstərəcəklər. Qonaqların hər iki tarixi məkanla tanış olmaları üçün İçərişəhərdən Qala qoruğuna və əks istiqamətdə müntəzəm olaraq turist avtobusları xidmət göstərəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR