Penitensiar Xidmətdə treninq-məşğələ keçirilib

Penitensiar Xidmətdə treninq-məşğələ keçirilib
# 10 sentyabr 2014 15:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Baş idarəsi tərəfindən tabe qurumlarda müxtəlif xidmət sahələrində çalışan əməkdaşlarla peşə hazırlığının artırılması məqsədi ilə treninq-məşğələlərin keçirilməsi davam etdirilir.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, növbəti treninq-məşğələ xidmətin Baş idarəsində yanğın təhlükəsizliyi sahəsində fəaliyyət göstərən əməkdaşların iştirakı ilə keçirilib. Penitensiar Xidmətin rəis müavini, ədliyyə general-mayoru Nizaməddin Cəlilovun rəhbərliyi ilə yanğın təhlükəsizliyi tədbirlərinin gücləndirilməsi mövzusunda keçirilən treninqdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı, müəssisələrdə yanğın təhlükəsizliyi sahəsinə cavabdeh şəxslər və mühafizə bölüklərinin komandirləri iştirak ediblər.

Nizaməddin Cəlilov cəzaçəkmə müəssisələrində yanğın təhlükəsizliyi ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs edərək, bu sahədə görülən işlərin səmərəsinin artırılması məqsədilə belə məşğələlərin rolunun yüksək olduğunu vurğulayıb.

Daha sonra tədbirdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşı polkovnik-leytenant Elçin Hüseynov “İnzibati binalarda yanğın təhlükəsizliyi və yanğın zamanı edilən hərəkətlər” mövzusunda çıxış edib.

Müxtəlif xidmət sahələri üzrə bu istiqamətdə olan silsilə tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR