Bakıda “Ekoloji təhlükəsizlik və Azərbaycanda süni və təbii fəlakətlər” mövzusunda treninq keçiriləcək

Bakıda “Ekoloji təhlükəsizlik və Azərbaycanda süni və təbii fəlakətlər” mövzusunda treninq keçiriləcək
# 29 noyabr 2012 10:13 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Dekabrın 4-də Bakıda “Ekoloji təhlükəsizlik və Azərbaycanda süni və təbii fəlakətlər: beynəlxalq təcrübə mübadiləsi” mövzusunda treninq başlayacaq.

APA-nın məlumatına görə, tədbir NATO Beynəlxalq Azərbaycan Məktəbinin (NISA) və Rumıniyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək.

Treninqin Mədəniyyət və Turizm, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar, İqtisadi İnkişaf nazirlikləri, Dövlət Neft Şirkəti, “British Petroleum” şirkəti, QHT-lərin, təhsil institutlarının nümayəndələrindən ibarət 35 nəfər üçün keçirilməsi nəzərdə tutulub. Tədbirdə NISA-nın direktoru Hüseyn Pənahov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Rumıniyanın Azərbaycandakı səfiri, NATO-nun Azərbaycandakı rezident əlaqələndiricisi Daniel Kristian Çiobanunun açılış nitqləri ilə çıxış etməsi gözlənilir.

Treninq 2 gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR