Elmar Məmmədyarov ABŞ dövlət katibinin köməkçisinin müavini Tomas Melianı qəbul edib

Elmar Məmmədyarov ABŞ dövlət katibinin köməkçisinin müavini Tomas Melianı qəbul edib
# 10 dekabr 2012 15:39 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli-APA. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu gün ölkəmizdə səfərdə olan ABŞ Dövlət Katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melianın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirlikdən APA-ya verilən məlumata görə, görüşdə demokratiya, insan haqları və söz azadlığı məsələləri ətrafında fikir mübadiləsi aparılıb, bu sahələrdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə edilib.

Nazir E. Məmmədyarov Beynəlxalq İnsan Haqları Günü münasibəti ilə qonaqları təbrik edib və demokratiya, insan haqları, eləcə də söz azadlığı sahəsində ölkəmizdə aparılmış islahatlar və əldə edilmiş uğurlardan danışıb. E. Məmmədyarov eyni zamanda qeyd edib ki, Azərbaycanda internet azadlığının da yüksək səviyyədə təmin olunub.

Tomas Melia ABŞ-ın Azərbaycanla adıçəkilən sahələr üzrə əməkdaşlıqda maraqlı olduğunu və bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

E. Məmmədyarov həmçinin, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə aparılan danışıqların son vəziyyəti barədə qonaqlara məlumat verib və rəsmi Yerevanın müxtəlif bəhanələrlə danışıqlar prosesindən yayındığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR