Dələduzluqda ittiham olunan "Nəcibə" MMC-nin təsisçisi və direktoru 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Dələduzluqda ittiham olunan "Nəcibə" MMC-nin təsisçisi və direktoru 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
# 08 noyabr 2012 15:01 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan "Nəcibə" MMC-nin təsisçisi və direktoru Asif Ələmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, prosesdə hökm oxunub. Hökmə əsasən, A. Ələmov 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Asif Ələmov CM 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinir. Bu şəxs 2006-cı ildə Bakı şəhərində "GEN" MMC-nin direktoru Elbrus Əliyevlə əlbir olaraq 40-dan çox vətəndaşın ev tikmək adı ilə 240 min 850 manatını mənimsəməkdə təqsirləndirilir. Elbrus Əliyev həbs edildikdən sonra Asif Ələmovun da bu cinayət əməlində iştirakı üzə çıxıb.

"GEN" MMC-nin direktoru Elbrus Əliyev hazırda məhkumluq həyatı yaşayır. Vətəndaşların külli miqdarda vəsaitini mənimsədiyi sübut olunub. Onunla əlbir olaraq vətəndaşların külli miqdarda vəsaitini mənimsəməkdə təqsirləndirilən daha bir neçə nəfər də hazırda məhkumdur.

Asif Ələmov 2010-cu ildə E. Əliyevin cinayət işi üzrə keçirilən prosesdə təqsirli bilinib və Bakı Ağır Cinayət Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. Sonrakı araşdırmalar zamanı onun daha bir neçə dələduzluq cinayəti üzə çıxıb və onun barəsində olan cinayət işi yenilənib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR