“Neftçi” braziliyalı futbolçu ilə müqavilə bağlayıb

“Neftçi” braziliyalı futbolçu ilə müqavilə bağlayıb
# 24 dekabr 2012 10:38 (UTC +04:00)

Bakı – APA. Premyer Liqa komandaları artıq heyətlərini gücləndirməyə başlayıb. Apasport.az saytının məlumatına görə, bu baxımdan “Neftçi” ilk transferini gerçəkləşdirib.

“Ağ-qaralar” 2010/11 və 2011/12 mövsümləri ərzində bu komanda ilə çempion olmuş, 59 oyuna 2 qol vurmuş Denis Silvanı heyətə qatıb. Braziliyalı mərkəz müdafiəçisi ilə mövsümün sonuna kimi anlaşma bağlanıb.

Əvvəllər “Xəzər Lənkəran”ın da şərəfini qorumuş 26 yaşlı futbolçu “Neftçi”yə pulsuz başa gəlib. Çünki Denisin müqaviləsi bu ay Braziliyanın “Qremio Barueri” klubu ilə başa çatıb. O, son 6 ay ərzində ölkəsində cəmi 5 oyuna çıxıb.

Qeyd edək ki, “Neftçi”də icarə əsasında çıxış edən futbolçu ilə müqavilə bağlanmamasının səbəbkarı baş məşqçi Böyükağa Hacıyevdir. Denis son mövsüm ölkə kubokunun finalında “Bakı”ya 0:2 hesabı ilə uduzduqları oyunun 82-ci dəqiqəsində qırmızı vərəqə almışdı.

Üstəlik, futbolçu qarşılaşmanın başa çatmasını gözləmədən stadionu həyat yoldaşı ilə birgə tərk etmişdi. Məhz bundan sonra çalışdırıcı braziliyalı futbolçunu komandasında görmək istəmədiyini bildirmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR