“Xarici dildə ən yaxşı film” nominasiyasında “Oskar” mükafatına namizəd filmlərin siyahısını açıqlanıb

“Xarici dildə ən yaxşı film” nominasiyasında “Oskar” mükafatına namizəd filmlərin siyahısını açıqlanıb
# 22 dekabr 2012 10:04 (UTC +04:00)

Bakı. Ülkər Rəşidqızı – APA. Amerikanın kino akademiyası “Xarici dildə ən yaxşı film”lərin siyahısını açıqlayıb. APA-nın dünya KİV-lərinə istinadən yaydığı xəbərə görə, "Oskar” mükafatına 9 ən yaxşı film təqdim edilib. Rusiyadan Karen Şahnazarovanın "Ağ pələng" filmi həmin siyahıya düşməyib. Avstriyalı rejissor Mixael Hanekenin "Sevgi", kanadalı Kim Nquyenanın "Müharibə kabusu", Çilidən olan rejissor Pablo Larrainanın "Yox" filmi "Oskar"a iddialı kinolentlərdir. Bunlardan başqa, danimarkalı rejissor Nikolay Arselin "Kraliça romanı", Erik Toledano (Fransa) "1+1", Baltazar Коrmakurun (İslandiya) "Dərin uçurum", Yoakim Ronninqin (Norveç) "Kon-Tiki", Kristian Manqiu (Rumıniya) "Təpənin o tayında " və Ursula Mayerin (İsveçrə) "Bacılar" adlı filmləri də həmin siyahıya düşüblər.

Qeyd edək ki, nominantlar iki mərhələdə müəyyənləşdirilir. İlk mərhələdə münsiflər heyəti 71 xarici filmə baxıb. Onlardan 9 film sınaqdan keçib. Bundan sonra isə münsiflər heyəti Los-Anceles və Nyu-Yorkda həmin seçilən filmlərə baxdıqdan sonra 4 filmi seçəcəklər.

Qalan 5 film isə digər kateqoriyalarda akademiyanın Beverli-Hillz qərargahındakı Samuel Qolduin teatrında elan olunacaqlar. Bu tədbir yanvarın 10-da baş tutacaq. Qızılı heykəllərin 85-ci təqdimetmə mərasimi isə fevralın 24-də keçiriləcək. Bu mərasim dünyanın 225 ölkəsində canlı yayımlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR