«Paşa Bank» ölkə daxilində bank almaq niyyətində deyil

«Paşa Bank» ölkə daxilində bank almaq niyyətində deyil
# 19 dekabr 2012 13:13 (UTC +04:00)

Bakı. Əli Əhmədov – APA-Economics. Azərbaycanın «Paşa Bank» ASC heç bir yerli kommersiya bankının nizamnamə kapitalında iştirak payı almaq niyyətində deyil. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinin sədri Fərid Axundov bildirib.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının qərarına əsasən, Azərbaycan banklarının məcmu kapitalının minimum həcmi 2014-cü il yanvarın 1-dək hazırkı 10 mln. manat həddindən 50 mln. manata çatdırılmalıdır.

Əvəzində «Paşa Bank» qonşu Gürcüstanda törəmə qurumu - «Pasha Bank-Georgia» bankını təsis etməyə hazırlaşır. Yeni bankın nizamnamə kapitalı 35 mln. lari (təxminən 21,15 mln. ABŞ dolları) həcmində müəyyənləşib. Artıq bankın fəaliyyəti üçün lisenziyanın alınması üçün Gürcüstanın müvafiq dövlət qurumlarına müraciət edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR