Gəncə sakini bıçaqlanıb

Gəncə sakini bıçaqlanıb
# 28 oktyabr 2016 05:24 (UTC +04:00)

Gəncədə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1983-cü il təvəllüdlü Ramin Namazov döş qəfəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. O dərhal əməliyyat edilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

R. Namazovun bildirdiyinə görə, o mübahisə zəminində tanımadığı taksi sürücüsü tərəfindən bıçaqlanıb.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR