Qax rayonunda ev yanıb - VİDEO

Qax rayonunda ev yanıb - <span style="color: red;">VİDEO
# 03 mart 2015 10:13 (UTC +04:00)

Qax. Vüqar Heydərov - APA. Qax rayonunda fərdi yaşayış evi yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsindən (DYMH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın hadisəsi Qax şəhəri Qax-Muğal küçəsində, İlqar İbrahimxəlil oğlu Cəlilova məxsus, ümumi sahəsi 80 kv/m olan fərdi yaşayış evində baş verib. Hadisə yerinə FHN-in Qax rayon DYMH-nin üç yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Baş vermiş yanğın nəticəsində evin çardaq hissəsinin yanar konstruksiyaları tamamilə və yaşayış sahəsinin 40 kv/m-lik sahəsinin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb. Evin qalan hissəsi, yanan evə bitişik tikilən qonşu ev və həyətdə olan digər iki yardımçı tikili yanğınsöndürənlər tərəfindən mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı FHN-in Qax rayon DYMH-də araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR