Azərbaycan xam neft və neft məhsullarının ixracı azalıb

Azərbaycan xam neft və neft məhsullarının ixracı azalıb
# 19 noyabr 2015 14:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi yanvar-oktyabr ayları üçün xam neft və neft məhsullarının ixracı haqqında məlumatları açıqlayıb.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu ilin yanvar-oktyabr aylarında gömrük bəyannamələri əsasında 7 589 061,01 min ABŞ dolları dəyərində 18 292 892,71 ton xam neft ixrac olunub.

Belə ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,74% azdır. Məbləğ dəyərində isə bu rəqəm 2,15 dəfə azdır.

Bu ilin on ayında 645 045,33 min dollar dəyərində 1 822 062,37 ton həcmində neft məhsulları ixrac edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 4,84% çoxdur. Məbləğ dəyərində isə bu rəqəm 45,50% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR