Ədliyyə Nazirliyi yanında fəaliyyət göstərən İctimai Komitənin yeni tərkibi formalaşdırılır

Ədliyyə Nazirliyi yanında fəaliyyət göstərən İctimai Komitənin yeni tərkibi formalaşdırılır
# 26 may 2015 16:08 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyi yanında fəaliyyət göstərən İctimai Komitənin yeni tərkibinin formalaşdırılması nəzərdə tutulur.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla əlaqədar Seçki Komissiyası tərəfindən İctimai Komitə üzvlərinin fəaliyyəti təhlil edilərək qiymətləndirilir, namizədlər arasında seçim aparılır.

Müvafiq sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının və hüquq müdafiəçilərinin nəzərinə çatdırılır ki, İctimai Komitənin fəaliyyətində iştirak etmək istəyənlər öz proqram və təklifləri ilə Ədliyyə Nazirliyinə - Seçki Komissiyasına müraciət edə bilərlər. Müraciətə namizədin ərizəsi, onun barəsində ətraflı məlumat, o cümlədən əmək fəaliyyətini, təhsilini xarakterizə edən sənədlər əlavə edilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR