Səfir: “Ermənistan Pakistanı razı salmaq üçün bəzi şirnikləndirici təkliflər irəli sürsə də, onlara hər dəfə rədd cavabı verilib” - VİDEO

Səfir: “Ermənistan Pakistanı razı salmaq üçün bəzi şirnikləndirici təkliflər irəli sürsə də, onlara hər dəfə rədd cavabı verilib” - <span style="color: red;">VİDEO
# 09 iyul 2014 12:51 (UTC +04:00)

APA-nın xəbərinə görə, bunu Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov bildirib. Səfir Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqq səsinin dünyaya çatdırmasında mühüm işlər görüldüyünü vurğulayıb: “Pakistan Ermənistanı bir dövlət kimi tanımır. Pakistan dəfələrlə Ermənistanın bütün istəklərinə rədd cavabı verib. Ermənistan Pakistanı razı salmaq üçün bəzi şirnikləndirici təkliflər irəli sürsə də, bunlara qarşı ölkənin mənfi cavabı qəti olub. Pakistan erməni lobbisinin heç bir istəyinə razı olmur”.

Bu gün Pakistan və Azərbaycan arasında hökumətlər, xalqlar arasında münasibətlərin olduğunu deyən səfir qeyd edib ki, Pakistanda zəlzələ baş verəndə də ilk köməklik edən Azərbaycan olub, Heydər Əliyev Fondu tərəfindən də Pakistanda mühüm işlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR