Birinci Avropa Oyunlarının məşəli Oğuz rayonuna gətirilib

Birinci Avropa Oyunlarının məşəli Oğuz rayonuna gətirilib
# 25 may 2015 14:33 (UTC +04:00)

Oğuz. Vüqar Heydərov-APA. Birinci Avropa Oyunlarının məşəl səyahəti davam edir. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, paytaxtdakı qədim od məbədi Atəşgahda alovlandırılan rəmz Qaxdan sonra bu gün saat 13:30-da Oğuz rayonuna gətirilib.

Burada məşəl estafetinə fiziki hazırlıq müəllimi Rəfiqə Babayeva start verib. Ardınca Oyunların rəmzi rayonun 10 fəal gəncinin müşayiəti ilə Heydər Əliyev prospekti boyu ümumilikdə 2 min 200 metr məsafə qət etməkdən sonra Oğuz Olimpiya İdman Kompleksində quraşdırılmış səhnəyə gətirilib. Burada veteran samboçu Araz Umarov məşəl vasitəsilə çırağı alovlandırılıb. Yekunda çıraq I Avropa Oyunlar bitənədək saxlanılması üçün Heydər Əliyev mərkəzinə təhvil verilib.


Məşəl estafeti Şimal-Qərb bölgəsinə olan səfərini bu axşam Şəki rayonunda Alov Festivalı ilə başa çatdıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR