DGK 470 ədəd siqaret və 3 kq qara kürü aşkar edib

DGK 470 ədəd siqaret və 3 kq qara kürü aşkar edib
# 25 may 2015 20:25 (UTC +04:00)

Bakı-APA. Dövlət Gömrük Komitəsi (DGK) 470 ədəd müxtəlif xarici markalı siqaretlər və 3 kq qara kürü aşkar edib.

Komitədən APA-ya daxil olan məlumata görə, Moskva-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Yadigar Rafail oğlu Əmirov gömrük nəzarətindən keçərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq “X-ray” intereskop rentgen aparatından keçirilməsi tələb olunub.

Y. Əmirovun əl yükü rentgen aparatından keçirilən zaman monitorda tütün məmulatlarının təsvirləri əks olunduğundan o, qanunvericiliyə uyğun olaraq olan 1 ədəd əl yükü və 2 ədəd baqajının yoxlanılması üçün yoxlama otağına dəvət olunub.

Yoxlama zamanı Y. Əmirov məxsus əl yükü və baqajlarından gömrük nəzarətinə əvvəlcədən təqdim olunmayan, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan 5 adda 470 ədəd müxtəlif xarici markalı siqaretlər və kustar üsulla hazırlanan 3 kq qara kürü aşkar edilib.

Faktla bağlı DGK-nin İstintaq İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR