ANAMA noyabrda 3.5 milyon kvadratmetr ərazini minadan təmizləyib

ANAMA noyabrda 3.5 milyon kvadratmetr ərazini minadan təmizləyib
# 08 dekabr 2014 12:45 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən noyabr ayı ərzində 3 542 127 kvadrat metr ərazi yoxlanılaraq, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.

ANAMA-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əməliyyatlar zamanı 57 PHS və 1 ədəd tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Ötən ay bir mina/PHS hadisəsi qeydə alınıb.

Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 118 nəfər yardımçı, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edib.

ANAMA tərəfindən indiyədək cəmi 276 191 346 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 690 845 olub.

Hazırda Agentlik tərəfindən təmizləmə əməliyyatları Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Qazax, Xocavənd, Şəmkir, Tərtər eyni zamanda Bakı şəhərinin, Qaradağ rayonu Səngəçal qəsəbəsində davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR