Türkiyədə daşqın 8 nəfərin həyatına son qoyub, 17 nəfər xəsarət alıb

Türkiyədə daşqın 8 nəfərin həyatına son qoyub, 17 nəfər xəsarət alıb
# 25 avqust 2015 02:27 (UTC +04:00)

Bakı-APA. Türkiyənin Rizə və Artvin vilayətlərində leysan yağışların yaratdığı sel daşqınları 8 nəfərin həyatına son qoyub, 17 nəfər xəsarət alıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, daha iki nəfər itkin düşmüş hesab edilir.

Bir neçə mahalda yaşayış evləri uçub, yollar dağıdılıb, elektrik enerjisi təchizatında və rabitənin işində fasilələr yaranıb. Rizədə yerli SES sıradan çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR