® “Baltika-Baku” yeni istehsal obyektlərini istifadəyə verib - FOTO

<font color=red>® </font>   “Baltika-Baku” yeni istehsal obyektlərini istifadəyə verib - <span style="color: red;">FOTO
# 23 iyul 2014 09:09 (UTC +04:00)

APA-Economics”in xəbərinə görə, “Baltika-Baku” Azərbaycanda pivə bazarının 70% təşkil etməklə lider mövqeyini tutur. Şirkət məhsullarının yüksək keyfiyyət standartlarını təqdim edir, mütəmadi olaraq inkişafına və istehsal proseslərinin, avadanlıqlarının mükəmməlləşdirilməsinə sərmayə yatırır.

Şirkətin bu il investisiya sahəsində ən böyük yatırımı - taxılın saxlanılması üçün silosların və hazır məhsulun saxlanılması üçün forfasların quraşdırılmasıdır. Bu yeniliklər, “Carlsberg Group” şirkətinin bir hissəsi olan “Batika-Baku” tərəfindən istehsal edilən məhsulun keyfiyyətinin artırılması ilə aid olduğu şirkətlər qrupunun təyin etdiyi yüksək keyfiyyət standartlarına cavab verilməsini təmin edəcək. Beynəlxalq şirkətin bir hissəsi olaraq, “Baltika-Baku” daim olduğu kimi məhsulların istehsalı zamanı dünya pivəbişirmə təcrübəsi və ənənələrini toplayaraq ən müasir avadanlıqlardan istifadə edir.

Şirkət Azərbaycan iqtisadiyyatına və öz istehsalat sahəsinin inkişafına böyük yatırımlar edir. “Baltika-Baku”nun müasirləşdirilməsi - Azərbaycan Respublikasının iqtisadiyyatına Rusiya tərəfindən qeyri-xammal sektorunda həyata keçirilən ən böyük investisiya proyektidir. 2009-cu ilin rekonstruksiyasına əsasən investisiya proqramının sonlarında ümumi yatırım məbləği 20 mln ABŞ dolları təşkil edib və təkrar olaraq 2010-cu ildən 2013-cü ilə qədər yenidən eyni məbləğdə yatırım edilib.

Şirkət, həmçinin Azərbaycanda öz aqroproyektini inkişaf etdirməyə başlayıb. Qeyd edək ki, Rusiyada “Baltika”nın aqroproyekti 2005-ci ildə başlanıb. 2013-cü ildə isə Azərbaycanda arpanın sınaq əkinləri həyata keçirilib və sınaq zamanı alınmış arpa şirkətin keyfiyyət xüsusiyyətlərinə uyğun gəlib. Aqroproyekt, şirkətin mütəxəssisləri tərəfindən taxılın keyfiyyətinə bütün mərhələlərdə izləməyə imkan yaradır – toxum fondunun yaradılmasından səməni saxlama anbarına və pivəbişirmə zavoduna kimi, hazır pivənin keyfiyyətinin artırılmasını təmin edərək eyni zamanda ölkədə kənd təsərrüfatı sahəsinin inkişafına dəstək olur.

Yeni istehsal obyektlərinin təntənəli açılış mərasimində - Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, “Baltika” şirkətinin prezidenti və eyni zamanda Carlsberg Group-un Şərqi Avropa üzrə baş vitse-prezidenti İsaak Şeps, Rusiya Federasiyasının Azərbaycandakı ticarət nümayəndəsi Oleq Bikmansurov, həmçinin yüksək rütbəli dövlət nümayəndələri, istehlakçılar və steykxolderlər, şirkət partnyorları və digərləri iştirak ediblər.

Açılış mərasimində “Baltika” şirkətinin prezidenti –İsaak Şeps çıxışında bunları deyib: “Bu gün biz “Baltika-Baku” şirkətinin yeni avadanlıqlarını istifadəyə veririk – taxılın saxlanılması üçün silosları, pivənin saxlanılması üçün forfasları. “Carlsberg Group” şirkətinin bir hissəsi - “Batika-Baku” məhsullarının istehsalı üçün ən müasir avadanlıqlardan istifadə edərək dünya pivə bişirilməsinin ən yaxşı təcrübələrini toplayaraq özündə tətbiq edir. Layihənin uğurlu həyata keçirilməsi münasibəti ilə “Batika-Baku” şirkətinin bütün əməkdaşlarını təbrik edirəm və Azərbaycanın pivə bazarında gələcəkdə daha da inkişaf etməsini arzulayıram”.

“Baltika-Baku” şirkətinin baş direktoru Sergey Tolmaçov isə bunları bildirib: “Bu gün şirkətimiz üçün vacib bir gündür. Qeyd edilən bu proyekt investisiya sahəsində bu ilin ən böyük hadisəsidir. Proyekt 8 ay ərsində həyata keçirildi. Layihənin uğurlu yekunlaşması münasibətiylə mən həmkarlarımı təbrik etməkdən məmnunluq duyuram. Lakin, qeyd edim ki, bazarın lideri mövqeyini saxlamaq və istehlakçılarımız üçün № 1 olmaq üçün biz daima istehsal proseslərimizi və avadanlıqlarımızı mükəmməlləşdirməli, məhsulumuzun keyfiyyətini qaldırmaq üçün sərmayələr yatırmalıyıq”.

Mərasimin rəsmi hissəsi yekunlaşdıqdan sonra qonaqlara zavod ərazisi üzrə ekskursiya təşkil edilib. Ekskursiya zamanı mərasim iştirakçıları köpüklü içkinin istehsalı zamanı istifadə edilən tərkibləri öz gözləri ilə görmək imkanı əldə ediblər. Ekskursiyadan sonra qonaqlara professional barmen tərəfindən hazırlanmış pivə kokteylləri və şirkət məhsulları təqdim edilib.

***

“Baltika-Baku” pivə zavodu Azərbaycanın paytaxtından 10 km aralıda, Xırdalan şəhərində yerləşir. Zavodun 40 illik tarixi var. 1969-cu ildə zavod istifadəyə verilib və SSRİ-nin ən müasir və ən böyük zavodlarından birinə çevrilib. 1997-ci ildə zavod “Group Castel” adlı fransız şirkətinin mülkiyyətinə keçib. 1999-cu ildə zavodda böyük miqyaslı rekonstruksiya işləri aparıldı və eyni zamanda Xırdalan və bəzi digər brendlər istehsal edilməyə başlanıb. Hazırda da istehsal edilir və istifadəçilərin istifadəsinə təqdim edilir. 2008-ci ildə zavodun məhsulları bazarın 70 %-dən çox hissəsini əhatə edib. 2008-ci ildə isə “Carlsberg Group”-un hissəsi olan “Baltika” pivə zavodu və Internationales Holding (Eastern) Ltd (BIH Eastern)birgə Xırdalan pivə zavodunun alınması üzrə müqavilə imzalanıb. 2009-cu ilin əvvəlindən etibarən şirkət “Baltika-Baku” adlanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR