Ali Məhkəmə narkotik saxlamaqda təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarıb

Ali Məhkəmə narkotik saxlamaqda təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarıb
# 29 oktyabr 2015 09:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ali Məhkəmədə narkotik vasitələrin qanunsuz yolla əldə olunması və saxlanılmasında təqsirləndirilən İsmayıl Kazımovun kassasiya şikayətinə baxılıb.

İ. Kazımovun vəkili Adəm Məmmədovun APA-ya verdiyi məlumata görə, məhkəmə şikayəti təmin edərək İ. Kazımovun barəsində bəraət hökmü çıxarıb.

Qeyd edək ki, İ. Kazımov Yasamal rayon Məhkəməsinin hökmü ilə 2 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin hökmdən verilən apellyasiya şikayəti qismən təmin olunaraq cəzası 2 ilə endirilib.

İ. Kazımov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə və ya saxlama) maddəsinə əsasən ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR