"Azərenerji"nin mənfəəti 4 dəfədən artıq azalıb

"Azərenerji"nin mənfəəti 4 dəfədən artıq azalıb
# 07 iyul 2015 13:16 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. 2014-cü ildə "Azərenerji" ASC-nin aktivləri 61,147 min manat və ya 1,1% artaraq 5 mlrd. 580,058 mln. manat təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə "Deloitte" audit şirkəti tərəfindən aparılan konsolidə edilmiş maliyyə hesabatında deyilir.

"Azərenerji"nin uzunmüddətli aktivlərinin həcmi 4 mlrd. 985,087 mln. manat, qısamüddətli aktivlərinin həcmi isə 594,971 min manatdır.

Uzunmüddətli aktivlərin strukturunda əsas pay sahibi əmlak, tikili və avadanlıqlardır ki, onların həcmi 4 mlrd. 745,965 min manatdır.

Ötən il şirkətin nizamnamə kapitalı dəyişməyərək 1 mlrd. 760,495 mln. manat olub. Cəmi kapitalın həcmi isə il ərzində 112,341 mln. və ya 5,1% artaraq 2 mlrd. 313,921 mln. manata çatıb.

"Azərenerji"nin öhdəlikləri ötən il ərzində 51,194 mln. və ya 1,5% azalaraq 3 mlrd. 266,317 mln. manat təşkil edib. Öhdəliklərin 2 mlrd. 20,082 mln. manatı qısamüddətli, 1 mlrd. 246,055 mln. uzunmüddətlidir.

Uzunmüddətli öhdəliklərin tərkibinə nəzər salanda məlum olur ki, burada ssudalar və borc vəsaitlərinin uzunmüddətli hissəsinin payı 900,898 mln. manat, təxirə salınmış vergi öhdəliyinin payı 215,336 mln. manat, dövlət subsidiyalarının payı 88,631 mln. manat, istismardan çıxarma üzrə öhdəliyin payı 38,571 mln. manat, ticarət və digər kreditor borclarının payı 2,619 mln. manatdır.

Qısamüddətli öhdəliklərə gəlincə, burada ssudalar və borc vəsaitlərinin qısamüddətli hissəsinin payı 609,692 mln. manat, ticarət və digər kreditor borclarının payı 628,832 mln. manat, mənfəət vergisindən başqa digər vergi öhdəliklərinin payı 415,901 mln. manat, cari mənfəət vergisi öhdəliyinin payı 364,163 mln. manatdır.

"Azərenerji" ötən ili 19,594 mln. manatlıq mənfəətlə başa vurub. Müqayisə üçün qeyd edək ki, 2013-cü ildə şirkətin mənfəəti 84,589 mln. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR