Binəqədi rayon Sukanal İdarəsi yeni ünvana köçüb

Binəqədi rayon Sukanal İdarəsi yeni ünvana köçüb
# 10 noyabr 2015 10:05 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Binəqədi rayon Sukanal İdarəsi yeni ünvana köçüb.

"Azərsu" ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, Binəqədi rayon Sukanal İdarəsi hazırda Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 101 ünvanında yerləşir.

Abunəçilər su təchizatı və kanalizasiya xidmətləri ilə bağlı yaranmış suallarla əlaqədar yeni ünvana müraciət edə bilərlər.

Əlaqə telefonu: (012) 562-14-17; (012) 562-25-54, Qaynar xətt 955

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR