Malidə hoteldə girov götürülənlərin bir hissəsi sərbəst buraxılıb - VİDEO - YENİLƏNİB

Malidə hoteldə girov götürülənlərin bir hissəsi sərbəst buraxılıb - <span style="color: red;">VİDEO  - <span style="color: red;">YENİLƏNİB
# 20 noyabr 2015 11:48 (UTC +04:00)

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, silahlılar onları “Quran”dan sitat gətirə bildikləri üçün sərbəst buraxıblar.

Hücum zamanı terrorçular dini şüarlar səsləndiriblər. Hotelin təhlükəsizlik xidmətinin azı iki əməkdaşı xəsarət alıb.

Xatırladaq ki, sayı 10-a yaxın olduğu deyilən silahlı şəxslər 140 müştərini, habelə 30 nəfər hotel əməkdaşını girov götürüblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə terrorçular arasında atışma gedir.

*** 13.46

Bakı. Məlahət Nəcəfova - APA. Malinin paytaxtı Bomako şəhərində silahlı şəxslər “Radisson” otelində 170 nəfəri girov götürüblər.

APA-nın RIA "Novosti”yə istinadən verdiyi məlumata görə, girovlardan 140-ı qonaq, 30-u isə hotel əməkdaşıdır.

Hotelə giriş və çıxış qadağan edilib.

“Reuters”in məlumatına görə, silahlılar hotelə “Allahu - Əkbər” qışqıra-qışqıra daxil olublar. Hüquq-mühafizə orqanlarının qüvvələri hoteli mühasirəyə alıblar. Hazırda hotel binasında atışma gedir.

Yerli təhlükəsizlik xidmətinin nümayəndəsi hoteldə 10-a yaxın silahlı şəxsin olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR