Turizm şirkətləri və media nümayəndələrinin iştirak ilə Qəbələyə infotur təşkil olunub

Turizm şirkətləri və media nümayəndələrinin iştirak ilə Qəbələyə infotur təşkil olunub
# 25 may 2015 12:06 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, “Gilan Turizm” şirkətinin təşkilatçılığı ilə Qəbələ rayonuna infotur təşkil olunub.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, “Qafqaz” hotellər şəbəkəsi və Qəbələ turlarının təqdimatı məqsədilə keçirilən səfərdə yerli turizm şirkətləri və media nümayəndələri iştirak edib.

“Gilan turizm” şirkətinin direktor müavini Həsən Həsənli və “Qafqaz Karvansaray Hoteli”nin direktoru Süleyman Məmmədov tur iştirakçılarına rayonun turizm potensialı, mövcud turizm marşrutları, Qəbələdə yaradılan yeni turizm obyektləri, “Qafqaz” hotellər şəbəkəsi barədə ətraflı məlumat verib.

Qeyd olunub ki, Qəbələ müxtəlif beynəlxalq mədəni, siyasi və ictimai tədbirlərin keçirildiyi məkana çevrilib, Azərbaycan turizminin inkişaf etdiyi əsas bölgələrdən biridir.

İnfotur iştirakçılar “Heydər Əliyev Konqres Mərkəzi”, “Qafqaz Hotellər Şəbəkəsi”nə daxil olan “Qafqaz Yeddi Gözəl”, “Qafqaz Yengicə İstisu Sanatoriyası”, “Qafqaz Sport Hotel”, "Tufandağ Qış-Yay İstirahət Kompleksi", “Qəbələnd” İstirahət Mərkəzi, “Qabala Shooting Club” ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR