“İslam Dövləti” 26 yaşlı amerikalı qadının azadlığa buraxılması üçün 6,6 mln. dollar tələb edir

“İslam Dövləti” 26 yaşlı amerikalı qadının azadlığa buraxılması üçün 6,6 mln. dollar tələb edir
# 26 avqust 2014 21:59 (UTC +04:00)

Bakı-APA. “İslam Dövləti” qruplaşması 26 yaşlı ABŞ vətəndaşının azadlığa buraxılması üçün 6,6 mln. dollar tələb edir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “ABC” telekanalı məlumat yayıb.

Məlumata görə, bir il əvvəl Suriyada humanitar missiya həyata keçirərkən girov götürülmüş amerikalı qadın “İslam Dövləti” tərəfindən girov saxlanılan sayca üçüncü qadındır. Ümumilikdə, ABŞ-ın azı 4 vətəndaşının terrorçular tərəfindən girov götürüldüyü bildirilir.

Bir neçə gün əvvəl amerikalı jurnalist Ceyms Foulinin edam kadrları internetdə yayılıb. Həmin videoçarxda terrorçular digər amerikalı jurnalist Stiven Sotlofu da öldürüləcəklərini elan ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR