Səfir Çijov: "Rusiya Trans-Adriatik qaz kəməri layihəsində iştirak edə bilər"

Səfir Çijov: "Rusiya Trans-Adriatik qaz kəməri layihəsində iştirak edə bilər"
# 29 may 2015 14:10 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. "Serbiyanın Azərbaycandan çəkiləcək qaz kəmərinin tikintisində mümkün iştirakı Rusiya ilə əməkdaşlığa mane olmayacaq".

APA-Economics”in "RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Avropa İttifaqındakı daimi nümayəndəsi Vladimir Çijov deyib. O bildirib ki, Cənubi-Şərqi Avropa ölkələrinin, əsasən də Serbiya və Makedoniyanın özləri üçün maraq kəsb edən alternative enerji mənbələrinə nəzər yetirməsində qeyri-adi heç nə yoxdur: "Bu, o demək deyil ki, onlar bizimlə reallaşdıracaqları birgə layihələrdən imtina edirlər”.

Diplomat qeyd edib ki, Rusiyanın Trans-Adriatik (TAP) qaz boru kəməri layihəsində iştirakı da mümkündür.

Qeyd edək ki, bu günlərdə Serbiyanın baş naziri Aleksandr Vuçiç bildirib ki, Serbiya təbii qaz tədarükü mənbələrini diversifikasiya etmək niyyətindədir. Bu isə Azərbaycan qazını nəqli edəcək boru kəmərinə qoşulmaq hesabına da mümkündür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR