Kolleclərə qəbul olan 1033 abituriyent qeydiyyatdan keçib

Kolleclərə qəbul olan 1033 abituriyent qeydiyyatdan keçib
# 21 avqust 2014 08:53 (UTC +04:00)

Sabah 9 illik bazadan orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan şəxslərin qeydiyyatı başa çatır

Bakı. Könül Kamilqızı - APA. Avqustun 22-də 2014/2015-ci tədris ili üzrə ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan şəxslərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı başa çatır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən xəbərə görə, kolleclərə qəbul olanların qeydiyyatı avqustun 13-dən başlayıb. Bu müddətin avqustun 18-də başa çatdırılması nəzərdə tutulsa da, TQDK rəhbərliyinin qərarına əsasən, 22 avqust saat 17:00-dək uzadılıb.

Bu il 9 illik bazadan kolleclərin boş qalan 2116 plan yerinə 1385 abituriyent qəbul olub. Bu gün saat 11:30-a kimi həmin abituriyentlərdən 1033 nəfəri qəbul olduqları orta ixtisas təhsili müəssisələrində qeydiyyatdan keçib.

TQDK bir daha xatırladıb ki, ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan şəxslər həmin vaxtadək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri müvafiq təhsil müəssisəsinə göndərilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR