Ann Brassör Gürcüstana səfər edəcək

Ann Brassör Gürcüstana səfər edəcək
# 04 may 2015 14:08 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Avropa Şurası Parlament Assambleyasının sədri Ann Brassör 6-9 may tarixlərində Gürcüstana rəsmi səfərdə olacaq.

APA-nın “Georgia Online”a istinadən verdiyi məlumata görə, səfər çərçivəsində A.Brassör Gürcüstan prezidenti Georgi Marqvelaşvili, baş nazir İrakli Qaribaşvili, parlamentin spikeri David Usupaşvili və xarici işlər naziri Tamar Beruçaşvili ilə görüşəcək.

Bundan başqa, Gürcüstanda olduğu müddətdə AŞPA sədrinin Gürcüstan Ali Məhkəməsinin sədri Nino Qvenetadze və qeyri-hökumət təşkilatları nümayəndələri ilə də görüşü planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR